Bağdadda silsilə partlayışlar törədilib

Bağdadda partlayış. Arxiv foto

-

Bağdadda bir neçə bomba partlayışında azı 26 nəfər həlak olub.

Fevralın 24-də axşamtərəfi Bağdadın cənubşərqində dalbadal baş verən partlayışlarda 8 nəfər həlak olub, azı 20 nəfər yaralanıb.

Daha sonra İraq paytaxtının digər ərazilərində 5 partlayış baş verib.

Qərbi Ənbər vilayətində İslam Dövləti yaraqlılarının Bağdadi şəhərindən çıxarılması üçün əməliyyatlar keçirilir.

İraq qüvvələri İD yaraqlılarını şəhər ətrafındakı kəndlərdən qovduğunu bildirir.