Çex Respublikasında baş verən atışmada 9 nəfər öldürülüb

Arxiv fotosu

Çex Respublikasının şərqində Uherski Brod şəhərində fevralın 24-də baş verən atışmada azı 9 nəfərin öldürüldüyü bildirilir.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, silahlı adam Uherski Brod şəhərində bara girərək atəş açmağa başlayıb. Yerli media onun 8 nəfəri öldürdüyünü, polisin isə hücum edən şəxsi güllələdiyini bildirir.

Rəsmilər hücum edənin ruhi əsəb xəstəsi olduğunu guman edirlər. Amma hadisənin motivləri haqqında hələlik ətraflı məlumat yoxdur.

Uherski Brod paytaxt Praqanın 300, Slovakiya sərhəddinin isə 15 kilometrliyində yerləşir.