Vasif Talıbov Koreya səfirini qəbul edib

-

Fevralın 24-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi-Suk İni qəbul edib.

Bu haqda Ali Məclisin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Vasif Talıbov Naxçıvanla Koreya Respublikası arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib. O, muxtar respublikada elektron hökumətin tətbiqi və Naxçıvan Dövlət Universitetində elektron idarəetmənin təkmilləşdirilməsi sahəsində görülən işlərdə əməkdaşlığa görə səfirə təşəkkür edib. Çoi-Suk İn bundan sonra da əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılıb.