Xarkov partlayışında ölənlərin sayı 3-ə çatdı

Foto arxiv

Bazar günü Xarkovda törədilən partlayışda yaralanan 15 yaşlı yeniyetmə xəstəxanada keçinib.

Beləliklə ölnlərin sayı 3 nəfərə çatıb.

Fevralın 22-də şəhərdə Maydan hərəkatının ildönümü ilə bağlı yürüş keçirilərkən uzaqdan idarə olunan qurğu ilə partlayış törədilib.

Nəticədə 1 olis və aksiyaçı həlak olub, 12 nəfər isə xəsarət alıb.

Bu hücumda şübhəli bilinən 4 nəfər həbs olunub.

Onların “Xarkov partizanları” qrupunun üzvləri olduğu bildirilir.

Prokurorluq terror aktı ilə bağlı cinayət işi açıb.