Rusiya Poroshenkonun təklifini rədd edib

Aleksandr Lukashevich

Rusiya Ukraynanın şərqindəki münaqişə zonasına beynəlxalq sülhməramlı qüvvələr yeridilməsi ilə bağlı Kiyevin təklifini rədd edib.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Aleksandr Lukashevich bildirib ki, münaqişə Minsk razılaşması çərçivəsində həll olunmalıdır.

Rusiyapərəst separatçıların liderlərindən biri Denis Pushilin də bundan əvvəl sülhməramlı qüvvələrin bölgəyə gətirilməsinin Minsk razılaşmasına zidd olduğunu deyib.

Ukrayna prezidenti Petro Poroshenko bundan əvvəl Ukraynanın şərqinə beynəlxalq sülhməramlı qüvvələr göndərməyə çağırıb.