ABŞ Debaltsevoda vəziyyətin gərginləşməsindən çox narahatdır

Ukrayna tankları Debaltsevoda

ABŞ bildirib ki, Ukraynanın şərqindəki Debaltsevo şəhərində vəziyyətin gərginləşməsindən "dərin narahatlıq keçirir".

Dövlət Departamentinin fevralın 16-da yaydığı bəyanatda deyilir ki, atəşkəs razılaşmasına baxmayaraq .şəhərin atəşə tutulması davam edir.

Rusiyameylli separatçılar deyiblər ki, şəhəri almaq niyyətlərindən əl çəkməyəcəklər, "çünki bura onlarındır".

Hazırda şəhərdə minlərlə Ukrayna əsgəri mühasirədədir.