Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 19-da Tbilisiyə iki günlük səfərə gələcək.
Bu barədə Gürcüstan XİN-in mətbuat katibi David Kereselidze fevralın 16-da keçirdiyibrifinqdə məlumat verib:
“Azərbaycan bizim strateji tərəfdaşımız, ən böyük ticarət tərəfdaşlarımızdan biridir. Bizim iqtisadiyyat, energetika və nəqliyyat sahələrində çox ortaq nöqtələrimiz var və biz bu səfərə böyük önəm veririk”.
O qeyd edib ki, səfər zamanı əsasən mövcud və gələcək birgə layihələr müzakirə olunacaq.