ABŞ dövlət katibinin müavini Victoria Nuland Bakıdadır

ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta Dövlət Katibinin müavini Victoria Nuland-ı axşam saatlarında Bakıda hava limanında qarşılayarkən. Foto ABŞ-ın Azərbaycadnakı səfirliyinin Twitter hesabından götürülüb. 16 fevral 2015

-

ABŞ dövlət katibinin müavini Victoria Nuland dekabrın 16-da axşam saatlarında Bakıya gəlib.

O səfər zamanı Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək.

Rəsmi məlumata görə danışıqlar zamanı ticarət, investisiya, enerji, təhlükəsialik və terrorçuluqla mübarizə, demokratiya və vətəndaş cəmiyyəti sahələri də daxil olmaqla iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.

Victoria Nuland səfər zamanı vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.

Dövlət katibinin köməkçisi fevralın 17-də Gürcüstana yollanacaq.

Onun həmçinin Tbilisidə ölkə rəsmiləri, müxalifət liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Bu görüşlərdə Gürcüstanın Avropaya inteqrasiyası və ölkənin ərazi bütövlüyünün qorunması da daxil olmaqla ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

Fevralın 18-də isə Victoria Nuland Yerevana yollanacaq.

Onun Yerevanda həmçinin ölkə rəsmiləri, vətəndaş cəmiyyəti və gənclərin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Bu görüşlərdə iqtisadi və siyasi sahələrdə əlaqələrin gücləndirilməsi, o cümlədən Dağlıq Qaraqbağ münaqişəsi müzakirə olunacaq.