Azərbaycanda ana doğuşdan sonra ölüb

Foto: Arxiv

-

Siyəzən rayonunda ana ölümü qeydə alınıb.

Siyəzən Regional Diaqnostika Mərkəzindən apa-ya verilən məlumata görə, Şabran rayon sakini, 40 yaşlı Vəsiyyə Həmidova qeysəriyyə üsulu ilə əməliyyat olunub və qız uşağı dünyaya gəlib.

Fevralın 14-də səhər saatlarında ananın vəziyyəti pisləşib və görülən tədbirlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Meyit ekspertizadan keçirilməsi üçün Şabran Mərkəzi rayon Xəstəxanasına gətirilib, ölümün səbəbləri araşdırılır.