Uşaqların internet təhlükəsizliyi üçün xüsusi siyahı hazırlanacaq

Foto arxiv

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi uşaqların internet təhlükəsizliyi üçün “ağ siyahı” hazırlayacaq.

Nazirlikdən APA-ya verilən məlumata görə, bu siyahıya uşaqlar üçün maraqlı olan faydalı veb saytlar daxil ediləcək.

Eyni zamanda, uşaqlar üçün zərərli hesab olun veb saytları əngəlləmək üçün qanunvericiliyə dəyişikliklər ediləcək.