Bakıda hündürmərtəbəli binada baş verən yanğın söndürülüb.
Yanğın fevralın 10-u saat 16.20 radələrində, Nərimanov rayonu, Xətai küçəsi 38 ünvanında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 16 mərtəbəli yaşayış binasının 7-8 ci mərtəbələrindəki elektrik şitlərində qeydə alınıb və az sonra söndürülüb.