Patrushev:“ABŞ-ın Ukraynaya silah göndərməsinə diplomatik yolla cavab veriləcək"

Nikolai Patrushev

“Əgər ABŞ Ukraynaya silah göndərmək qərarına gəlsə, Rusiya buna yəqin ki, hərbi yox, diplomatik yolla cavab verəcək”.

TASS-ın məlumatına görə, bunu Rusiya Təhlükəsialik Şurasının sədri Nikolai Patrushev deyib.

O bildirib ki, ABŞ-ın Ukraynaya hərbi yardımı Ukraynanın şərqindəki münaqişəni daha da kəskinləşdiriəcək.

ABŞ, NATO və Avropa Birliyi Rusiyanı Ukraynanın şərqindəki separatçıları silah və canlı qüvvələrlə təmin etməkdə günahlandırır.

Rusiya ittihamı rədd edir.