-
İranın ali dili lideri Ayətulla Ali Khamenei deyir ki, dünya fövqəlgücləri ilə "yaxşı" nüvə razılaşmasına tərəfdardır. O, tərəflərdən heç birinin istədiyi hər şeyi əldə etmədiyi bir sazişi dəstəkləyir. İSNA agentliyi fevralın 8-də Khamenei-nin bəyanatını yayıb:
"Əldə edilə bilən istənilən sazişə razıyam. Əlbəttə, pis razılaşma tərəfdarı deyiləm".
Khamenei "ölkənin milli maraqlarına qarşı olan" sənədi "pis saziş" adlandırıb.
Bu bəyanatın verildiyi gün İranın xarici işlər naziri Javad Zarif Münhendə təhlükəsizlik konfransında deyib ki, Tehranın nüvə proqramı üzrə sazişin son tarixini uzatmağa ehtiyac yoxdur.
12 ildir Birləşmiş Ştatlar, Rusiya, Çin, Fransa, Almaniya və Rusiya İranın nüvə proqramı üzrə nəticəsiz danışıqlar aparır. Qərb İranın həmin proqramdan yararlanaraq nüvə silahı hazırladığını iddia edir.