Risiyanın səyyar ballistik raketləri hərbi patrul rejiminə gətirilib

Foto arxiv

Risiyanın 6 regionunda səyyar ballistik raket qurğuları hərbi patrul vəziyyətinə gətirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin Strateji Raket Qüvvələri üzrə sözçüsü polkovnik Igor Yegorov məlumat verib.

Söhbət “Topol”, “Topol M” və “Yars” mobil raket qurğularından gedir.

Yegorov bildirib ki, qış patrul xidmətinin müddəti bu il təxminən 1 ay uzadılacaq.