2 rusiyalı pilot Sudanda oğurlanıb

Xartum,3 Dekabr, 2014

Rusiya iki pilotunun Sudanın qərbində oğurlandıqlarını deyir.

Rusiyanın Xartumdakı səfirliyindən verilən məlumata görə, onlar yanvarın 29-da Darfur regionunda oğurlanıblar.

Səfirliyin sözçüsü Artur Safukov hazırda onların azad olunması istiqamətində iş aparıldığını xəbər verir.

Amma o əlavə detallar barədə məlumat verməyib.

Rusiya mətbuatının məlumatına görə, Rusyanın Utair şirkətinin əməkdaşları olan pilotlar, BMT-nin Darfurdakı missiyasında müqavilə əsasında çalışırlar.