«Azərbaycan Respublikasının Milli Atlası» və «Cənubi Qafqaz. 1903-cü il» xəritəsi təqdim olunub

Milli atlas

-

Fevralın 2-də AMEA-nın Əsas binasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və AMEA-nın birgə təşkilatçılığı ilə «Cənubi Qafqaz: 1903-cü il» xəritəsinin və «Azərbaycan Respublikasının Milli Atlası»nın təqdimat mərasimi keçirilib.

AMEA-nın yaydığı xəbərə görə,444 səhifədən və 19 bölmədən ibarət olan atlasda mühüm informasiyalar toplanılıb, Azərbaycanın həyatı kompleks şəkildə öz əksini tapıb.

Burada kənd təsərrüfatı, sənayse, təhsil və digər sahələr, eləcə də, milli geyimlər, milli yeməklər və s. barədə məlumatlar var.

2015-ci ilin Azərbaycanda «Kənd təsərrüfatı ili» elan edildiyi nəzərə alınıb və atlasa uyğun bölmə əlavə olunub.

Təqdimatda çıxış edən AMEA prezidenti A.Əlizadə «Cənubi Qafqaz: 1903-cü il» xəritəsini Azərbaycana qarşı hər zaman torpaq iddiası aparan və özlərini aborigen xalq kimi təqdim edən ermənilərə sanballı cavab olduğunu bildirib:

«Xəritədə hazırkı Ermənistan ərazisində olan bütün tarixi adların Azərbaycana məxsus olduğu göstərilir. Bu xəritə 1903-cü ildə Çar Rusiyası tərəfindən tərtib edilib və ermənilərin iddialarının əsassız olduğunu sübut etmək üçün əsaslı bir məlumatdır».

Hər iki nəşr ölkə prezidentinin 2011-ci il 20 aprel və 2012-ci il 18 aprel tarixli Sərəncamlarına əsasən nəşr olunub.