Girov götürülmüş BMT əməkdaşları azad edildi

Sudanda BMT-nin ərzaq proqramı üçün çalışan vertolyot heyəti və sərnişinləri (6 nəfər) azad edilib.

Onları Sudanın Milli Azadlıq Hərəkatı adlanan təşkilat girov götürmüşdü.

Yanvarın 26-da vertolyot hökumətə qarşı vuruşan bu təşkilatın nəzarət etdiyi bölgəyə məcburi eniş etmişdi.