Honkonqda yenidən nümayişlər başlanır

Honq Konq, 1 fevral, 2015.

Honkonqda demokratiya uğrunda nümayişlər bərpa olunur.

Fevralın 1-dəki aksiyada minlərlə insanın iştirakı gözlənir.

Nümayişlərin keçiriləcəyi mərkəzi rayonlara əlavə polis qüvvələri cəlb edilir.

İlk dalğası ötən ilin sentyabrında başlanmış və günlərlə davam etmiş aksiyalarda iştirak edənlər ölkədə demokratik islahatların aparılmasını tələb etmişdilər.