Moskva deyir ki, sanksiyaların uzadılması Avropa ilə münasibətləri daha da korlayacaq

Sergei Lavrov

Avropa Birliyinin Ukrayna böhranına görə Rusiyaya qarşı sanksiyaları uzatması münasibətləri daha da korlayacaq.

Rusiya xarici işlər nazirliyinin yanvarın 30-da yaydığı bəyanatda həmçinin qeyd edilir ki, bu addım Ukraynanın şərqindəki münaqişənin həllini təhlükə altında qoyur.

Avropa Birliyinin xarici işlər nazirləri yanvarın 29-da Rusiyaya qaşı sanksiyaların müddətini uzadıb.

Rusiya Ukraynanın şərqindəki böhrana görə, Kiyevi, Ukrayna ilə Avropa Birliyi isə Moskvanı günahlandırır.