Krım-Tatar Xalq Məclisinin sədr müavini Ahtem Ciygoz həbs edilib

Mustafa Djemilev və Ahtem Ciygoz

Krımda Krım-Tatar Xalq Məclisinin sədr müavini Ahtem Ciygoz həbs edilib.

Rusiya istintaq komitəsinin məlumatına görə, o ötən ilin fevralında Simferopolda baş verən kütləvi hərc-mərcliklə bağlı istintaq çərçivəsində saxlanıb.

İstintaqın versiyasına görə, ötən il fevralın 26-da Krım parlamentinin qarşısında naməlum adamın çağırışı ilə toqquşma baş verib.

Nümayişçilər rusiyalı fəallara və Krımın özünümüdafiə qüvvələrinə hücum edib, həmçinin parlamentin binasına 600 min rubl məbləğində ziyan dəyib.