Yunanıstanın yeni baş naziri Alexis Tsipras kimdir? - [Fotolar]
41 yaşlı Alexis Tsipras 28 iyul 1974-cü ildə Yunanıstanın paytaxtı Afinada doğulub.
Tsipras gənc yaşlarından siyasətlə məşğul olmağa başlayıb. O 80-ci illərdə Gənc Kommunistlər Təşkilatına üzv olub.
90-cı illərdə Yunanıstanda başlamış tələbə etirazlarından aktiv iştirak edib.
Tələbə etirazlarında iştirak edən Tsipras xalq arasında sevilməyə başlayır.
Tələbəlik illərində "Enceladus" Yenilikçi Sol Hərəkatına qoşulan Alexis Tsipras öz fəallığı ilə seçilir.
1995-97-ci illərdə Yunanıstan Tələbə Birliyinin idarə heyətinə seçilir.
Tsipras, Afina Texniki Universitetinin İnşaat Mühəndisliyi fakultəsinin məzunudur.
Alexis Tsipras 1999-2003-cü illərdə Synaspismos Neolaia Syn Partiyasının Gənclər Təşkilatında işləyir.
Alexis Tsipras ən böyük siyasi çıxışını 2008-2009-cu illərdə edir və Synaspismos koalisiyasının konqresində partiya lideri seçilir. 33 yaşlı Tsipras partiyanın tarixində sədr seçilən ən gənc siyasətçi olur.
2009-cu ildə radikal sol koalisiyası - SYRİZA lideri olarak ilk dəfə millət vəkili seçilir.
2012-ci ildə keçirilən seçkilərdə SYRIZA 22 faiz toplayır, Alexis Tsipras ana müxalifət lideri seçilir.
2015-ci ildə Yunanıstanda parlament seçkilərini udan solçu “SYRIZA” partiyasının lideri Alexis Tsipras baş nazir kimi and içir. “SYRIZA” partiyası sağçı “Müstəqil yunanlar” partiyası ilə koalision hökumət yaratmaq barədə razılıq əldə edir.
Seçkinin ilkin nəticələrinə görə, SYRIZA partiyası 300 yerlik parlamentdə 149 mandat qazanıb.