Prokuror gəmi kapitanına 26 illik cəza tələb edib

Costa Concordia

İtaliyada keçirilən məhkəmədə prokuror qəzaya uğramış Costa Concordia səyahət gəmisinin kapitanına 26 illik cəza tələb edib.

2012-ci il yanvarın 14-də İtaliya sahillərində qəzaya uğrayan gəmidə 32 nəfər ölmüşdü.

Gəmi kapitanı ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə ittiham olunur.