«Qafqazın parlayan ulduzu - Azərbaycan» kitabı çıxıb

«Qafqazın parlayan ulduzu - Azərbaycan» kitabı

-

Yaxın günlərdə Budapeştdə «Qafqazın parlayan ulduzu - Azərbaycan» kitabının təqdimat mərasimi keçiriləcək.

Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, Budapeştdə macar dilində çıxan kitabı tarixçi doktor Borbola Obruşanska və Azərbaycanda fəaliyyət göstərən Soyqırım Həqiqətlərinin Tanıdılması İB-nin sədri Ceyhun Ələkbərov yazıb.

Müəlliflərin məqsədi Azərbaycan tarixini, mədəniyyətini, iqtisadiyyatını, ənənələrini, turist imkanlarını, mətbəxini və s. macar oxucusuna tanıtmaqdır.

Kitabda eyni zamanda müstəqillik illərində Azərbaycanın üzləşdiyi çətinliklər, Dağlıq Qarabağ haqqında ətraflı məlumat verilib.

İllüstrasiyalarla çıxan kitabın redaktoru Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevdir.