Demis Roussos 68 yaşında vəfat edib

Demis Roussos (3 sentyabr 2006)

-

Tanınmış yunan musiqiçisi Demis Roussos 68 yaşında vəfat edib. Bu barədə məlumatı La Figaro qəzeti verir.

Müğənninin ölüm səbəbi açıqlanmır.

Son illər Demis Roussos həm Yunanıstanda, həm də Fransada yaşayıb.

Demis Roussos 70-ci illərdə məhşurlaşıb.

Buna qədər Demis Aphrodite's Child qrupunun üzvü olub. O Souvenirs, Goodbye My Love, Forever And Ever kimi tanınmış mahnıların ifaçısıdır.

Musiqiçi 15 iyun 1946-cı ildə Misirin İsgəndəriyyə şəhərində (Alexandria) yunan əsilli ailədə doğulub. 1956-cı ildə ailəsi ilə birlikdə Yunanıstana köçüb.

1968-ci ildə Yunanıstanda hərbi çevrilişdən sonra Demis musiqiçi dostlarıyla birlikdə Parisə gedir və burada özlərinin "Rain & Tears" mahnısı ilə məşhurluq qazanır.

80-ci illərdə Roussos ildə 150 konsert verib.

Həyatı boyu müğnninin 60 milyon albomu satılıb.