AXCP fəalı Murad Ədilovun məhkəməsi təxirə salınıb

Yalçın İmanov

-

Yanvarın 22-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində AXCP fəalı Murad Ədilovun nəzərdə tutulan məhkəməsi təxirə salınıb.

Bu barədə AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib:

“Məhkəmənin təxirə salınmasına heç bir əsas yox idi. Prokuror da vəkil də orada idi. İstəsə idilər keçirə bilərdilər. Səbəbi haqda bizə də məlumat verilmədi”.

Vəkil bildirib ki, Murad Ədilov barəsində çıxarılan həbs qətimkan tədbirininin vaxtı artıq 2 gündür ki, birib və hazırda o qanunsuz həbsdə saxlanır.

Məhkəmə yanvarın 25-nə təyin olunub.

Murad Ədilov avqustun 11-də Sabirabadda həbs edilib, külli miqdarda narkotik maddə saxlamaqda ittiham olunur.

Nərimanov rayon Məhkəməsi avqustda onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Noyabrın 6-da həbs müddəti daha 2 ay uzadılıb.

Murad Ədilov ittihamı rədd edir.