Che Gevara-nın nəvəsi vəfat etdi

Canek Sanches Gevara, Youtube video-sundan görüntü.

.

Məşhur solçu və inqilabçı Che Gevara-nın nəvəsi Canek Sanches Gevara yanvarın 21-də Meksikada vəfat edib. Onun Mexikoda - ürəyində gerçəkləşdirilən mürəkkəb əməliyyatdan sonra keçinməsini “The Latin American Herald Tribune” xəbərləyib.

Yazıçı kimi tanınan Canek Sanches-in 40 yaşı vardı. O, Che-nin qızı İldita ilə meksikalı Alberto Sanches-in nigahından doğulmuşdu.

Kuba inqilabına tənqidi münasibət bəsləyən nəvə Gevara deyirdi ki, “bu inqilab nə demokratik, nə də kommunist mahiyyətli olub”. O, adı dillərdə gəzənəfsanəvi komandantenin qohumu olmağını özünə yük sayır, belə qohumluğun onun yaşam biçimini, davranışlarını heç istəmədiyi çərçivəyə saldığını bildirirdi:

Che Gevara

Mən azadlığa hər şeydən çox dəyər verən şüurlu eqoist kimi yaşamağa üstünlük verirəm”.

Onun babası Ernesto Rafael Gevara Latın Amerikasında “Che “ayamasıyla tanınan, 1959-cu il Kuba inqilabına qatılan və bu ölkənin dövlət xadimi olan məşhur inqilabçı idi.

Che Afrikadakı əməliyyatlarda iştirak etmiş, daha sonra Boliviyada partizan savaşını yaymağa çalışmış, ancaq 1967-ci ildə tutulub güllələnmişdi.

Ölümündən sonra Che-nin adı dillərə düşmüş və azadlıq uğrunda solçu təsəvvürlü mübarizənin rəmzinə çevrilmişdi.