Qarabağda fəaliyyət göstərən şirkətlə razılaşma dayandırılıb

-

Qırğızıstanın “Nur Telekom” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən “Karabakh Telekom” şirkəti ilə roumunq razılaşması dayandırılıb.

Bu haqda Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev yanvarın 20-də məlumat yayıb.

Məlumata görə, razılaşma Azərbaycanın Qırğızıstandakı səfirliyinin müdaxiləsindən sonra dayandırılıb:

“Nur Telecom” şirkəti tərəfindən Azərbaycan səfirliyinə yanvarın 20-də ünvanlanmış məktubda şirkətin internet saytında verilmiş düzgün olmayan məlumata görə təəssüf ifadə olunur. Bunun aradan qaldırılması üçün yanvarın 19-da şirkət tərəfindən təxirəsalınmaz tədbirlərin görüldüyü bildirilir”

Nazirlik bu məsələdə fəallıq göstərmiş Azərbaycan vətəndaşı Azayev Vüsal Samidağa oğluna təşəkkürünü bildirib.