Elçin Behbudov müdafiə naziri Zakir Həsənovla görüşüb

Elçin Behbudov

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov yanvarın 17-də müdafiə naziri Zakir Həsənovla görüşüb.

Görüşdə orduda hüquq və azadlıqların təmin edilməsi məsələləri müzakirə olunub.

Elçin Behbudovun Turana verdiyi məlumata görə, müdafiə nazirinin yanında ölkənin hərbi prokuroru ilə xüsusi görüş keçirilib. Görüşdə güc qurumlarının rəhbərləri ordudakı cinayətlərin beynəlxalq standartara uyğun şəkildə araşdırılmasını müzakirə ediblər.

Elçin Behbudovun sözlərinə görə, bəzən hətta cüzi hüquq pozmalara görə hərbiçilər cinayət məsuliyyətinə cəlb edilir, halbu ki, inzibati həbslərlə də kifayətlənmək olar.

Nazir hüquq müdafiəçisinə əsgərlərin yemək və sosial şəraitinin yaxşılaşdırıldığını, xəstəliklərin azaldığını bildirib.