Əfqanıstanda Fransa əleyhinə aksiya keçirilib

Foto arxiv

Əfqanıstanda Şarli Ebdu jurnalının Məhəmməd Peyğəmbərin karikaturlarını nəşr etməsinə qarşı aksiya keçirilib.

Yanvarın 19-da Calal-abad şəhərində keçirilən aksiyada yzlərlə adam iştirak edib.

Aksiyaçılar Fransa bayrağını yandırıb, “Fransaya ölüm” şüarları səsləndiriblər.

Onlar həmçinin Kabildəki Fransa səfirliyinin bağlanmasını və Fransa hökumətinin müsəlmanlardan üzr istəməsini tələb ediblər.