Drezdendə anti-İslam aksiyasını ləğv etdilər

Praqada anti-İslam aksiyası

Drezden polisi şəhərdə bütün növ kütləvi aksiyaları qadağan edib. O cümlədən PEGİDA hərəkatının bazar ertəsinə planlaşdırdığı anti-İslam aksiyasını.

Səbəb mümkün terror aktlarıdır.

Məlumata görə, terror təhlükəsinin arxasında İraq və Suriyada fəaliyyət göstərən "İslam dövləti" qruplaşması dayanır.

Radikal islamçıların Parisdə "Charle Hebdo" jurnalında törətdiyi qətliamdan sonra Avropada anti-İslam hərəkatları aktivləşib.