Bu ilin birinci yarısında Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq

Bu ilin birinci yarısında Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq.

Bunu yanvarın 17-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında nazir Əli Abbasov bildirib.

Nazir deyib ki, “Ölkədə rəqəmli televiziyaların əhatə dairəsi 99%-ə çatdırılıb ki, bu da MDB ölkələri arasında Azərbaycanın ön sıralarda olmasına imkan yaradıb”.

2014-cü il ərzində ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 26-sı rəqəmli verici olmaqla 41 müxtəlif təyinatlı radio-TV avadanlıqları istismara verilib.

.