Fransada 2 nəfəri girov götürən yaraqlı həbs edildi

Foto arxiv

Fransa polisi Paris ətrafında 2 nəfəri girov götürən yaraqlını həbs edib və girovlar azad edilib.

Bu barədə Fransa polisi məlumat verir.

1 nəfər yaraqlı yanvarın 16-da Paris ətrafında yerləşən Kolombes şəhərindəki poçt binasında 2 nəfəri girov götürmüşdü.

Agentliklər bundan əvvəl həmin şəxsin avtomat Kalaşnikov, tapança və qumbaralarla silahlandığını xəbər verirdilər.

Hələlik hadisənin motivi barədə məlumat verilmir,

Bu insidentin ötən həftə 17 nəfərin ölümü ilə nəticələnən terror aktları ilə bağlılığı olub-olmaması da hələlik bəlli deyil.