Məhbus anası: «Əllərinin üstü deşik-deşik idi...»

Sizin brauzer HTML5-i dəstəkləmir

«Oğlumun qollarında qandal izləri var idi, dişlərinin yarısı tökülmüşdü. İşgəncədən əllərinin üstü deşik-deşik idi. Elə bil yorğan iynəsi ilə deşilmişdi. İrinləmiş yaralardan biri böyük idi, üstü köz bağlamışdı. Sifəti sanki əyilmişdi. Aydın görünürdü ki, işgəncə veriblər. Bu dərəcədə vəhşilik olmaz axı...» Bu sözləri AzadlıqRadiosuna Penitensiar Xidmətin 14 saylı Cəza Çəkmə Müəssisəsində (CÇM) baş verən etiraz aksiyasından sonra «tubzon» kimi tanınan Vərəm Dispanserinə köçürülən İsa Yqubovlun anası Aynur Yaqubova deyir