Anjey Kasprchikin mandatı uzadıldı

Anjey Kasprzhik

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprzhikin mandatı uzadılıb.

ATƏT-in mətbuat xidmətindən verilən məlumata görə, qərar yanvarın 15-də ATƏT Daimi Şurasının iclasında elan edilib.

Polşalı diplomat Anjey Kasprzhik 1997-ci ilin yanvarından bu vəzifədədir.

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur.

Minsk qrupuna ABŞ,Rusiya və Fransa həmsədrlik edir.