Poroshenko səfərbərlik elan edəcəyini deyir

Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko ölkədə yeni səfərbərlik elan ediləcəyini bəyan edib.

O belə bir bəyanatla yanvarın 13-də Donetskdən gələn sərnişin avtobusunun vurulmasından sonra çıxış edib.

Nəticədə 11 sərnişin həlak olub.

Kiyev avtobusun rusiyapərəst yaraqlılar tərəfindən vurulduğunu deyir, yaraqlılar isə bunu rədd edirlər.

Paoroshenko bildirib ki, o səfərbərliklə bağlı fərman imzalayacaq və ümid edir ki, Ukrayna xalqı bu addımı dəstəkləyəcək.

Amma Poroshenko qeyd edib ki, o Donbasda vəziyyətin dinc yolla həlllinin tərəfdarıdır.