İlham Əliyev UNİDO ilə əməkdaşlıq proqramını təsdiqləyib

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO) arasında 2014-2018-ci illər üçün əməkdaşlıq haqqında çərçivə proqramının təsdiq edilməsi barədə fərman imzalayıb.

Bu sənəd 2014-cü il noyabrın 26-da Bakıda imzalanıb.

Nazirlər Kabinetinə proqramın həyata keçirilməsi üzrə zəruri tədbirlər görmək tapşırılıb.