Britaniya polisi Paris hadisələrinin ardınca yəhudilərin mühafizəsini gücləndirib

Britaniya polisi ölkənin yəhudilər yaşayan hissələrində xüsusi təhlükəsizlik tədbirlərini gücləndirib.

260 min yəhudinin yaşadığı təxmin edilən Birləşmiş Krallıqda sinaqoqların və yəhudilərə aid başqa obyektlərin mühafizəsi üçün tədbirlər görülür.

Ekspertlər son illərdə Britaniyada antisemitizmlə bağlı insidentlərin xeyli artdığını bildiriblər.

Bu əhval-ruhiyyə xüsusən də Qəzza zolağında fələstinlilərlə İsrail arasında son toqquşmalardan sonra güclənib.