Tbilisidə küçə itlərini saymağa başlayırlar

Sizin brauzer HTML5-i dəstəkləmir

Tbilisidə küçə itlərinin sayılmasına başlanıb. Şəhər rəhbərliyinin məlumatına görə 2014-cü ildə əvvəlki ildən 2 dəfə çox - 10 000 sahibsiz it haqqında məlumat alıblar. Sahibsiz itlərin bir çoxu sığınacaqlarda saxlansalar da onların bir çoxu peyvəndləndikdən sonra yenidən küçəyə buraxılmalı olur.