Anji klubunun oyunçusu öldürülüb

Mahaçqalanın Anji klubunun oyunçusu Hasan Maqomedovu evinin yanında güllə ilə vurub, öldürüblər.

Klub yanvarın 4-də bildirib ki, Maqomedov maşın sürərkən avtomat silahla vurulub.

20 yaşlı futbolçu xəstəxanaya aparılarkən yolda keçinib.

Maqomedova qəsdin səbəbləri aydın deyil.