İlham Əliyev jurnalsitlərin binasına 3 milyon ayırdı...

Arxiv foto

-

Prezident İlham Əliyev mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi üçün 3 milyon manat ayrılması haqda sərəncam verib. Həmin vəsait Prezidentin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondun ayrılıb.

Mətbuat işçiləri üçün yaşayış binasının tikintisinə bu ilin əvvəlində başlanıb. Bu, ikinci belə binadır. Bundan öncə, 2013-cü ildə Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci sahə ərazisində 17 mərtəbəli, 2 girişdən və 156 mənzildən ibarət yaşayış binasın tikilərək istifadəyə verilmişdi. Həmin binanın tikintisinə və təmirinə 22 milyon 396 min 316 manat sərf olunmuşdu.

Rəsmilər bildirir ki, media işçilərinə mənzil verilməsi jurnalistlərin asılılığını azaltmaq məqsədi daşıyır. Ekspertlər və bəzi jurnalistlər isə fərqli fikirdədirlər, onlar bunu rüşvət hesab edirlər.