İntiqam Əliyevin işi üzrə istintaq yekunlaşıb

İntiqam Əliyev

-

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə istintaq yekunlaşıb. Bu haqda AzadlıqRadiosuna hüquq müdafiəçisinin qızı Nərmin Kamilsoy məlumat verib. Onun sözlərinə görə, ittiham aktı artıq vəkil Cavad Cavadova təqdim olunub. Məhkəmənin yanvar ayında baş tutacağı gözlənilir

İntiqam Əliyev avqustun 8-də tutulub, həmin vaxt barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan bu müddət daha 3 ay uzadılıb. O, Cinayət Məcəlləsinin dörd maddəsi (213.1, 308.2, 192.2, 179.3.2) ilə təqsirləndirilir.

İntiqam Əliyev Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 20 ildən çoxdur vəkillik fəaliyyəti ilə məşğul olur. Əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb. Beynəlxalq hüquq müdafiə təşkilatları onu vicdan məhbusu elan ediblər