Radionun prezidentə qadağa qoyduğu ökələr var

Ölkə prezidenti bir aydan çoxdur ki, Çex Radiosunda canlı müsahibə proqramında eşidilmir. Məlum olduğu kimi, Çex Radiosu ölkə prezidentini canlı yayıma buraxmağı qadağan edib. Daily Telegraph qəzeti yazır ki, Çexiya prezidenti Milos Zemanla canlı efirdə müsahaibə qadağanına səbəb onun noyabr ayında canlı yayımda vulqar ifadələrdən istifadə etməsi olub.

Qəzet yazır ki, Çex Radiosu “prezidentin dilinə canlı yayımda etibar etmir.”

Çex Radiosu özəl yox, ictimai radiodur.

Prezident Zemanın sözçüsü Jiri Ovcacek deyib ki, “prezident radionun bu qərarı ilə qətiyyən razı deyil və bu qərarı qəbul etmir”.

Zeman , əksinə, düşünür ki, canlı yayım demokratiya üçün əhəmiyyətlidir, çünki dinləyiciyə redaktə olunmamış sözləri və ölkə başçısının hər hansı hadisəyə redaktə olunmamış reaksiyasını eşitməyə imkan verir.

Çex Radiosundakı qadağan ölkə liderləri ilə 1930-cu illərdən başlanan canlı müsahibə proqramının sonu deməkdir.

Ancaq özəl radio olan Tezlik 1 radiosu estafeti Çex Radiosundan almaq fikrindədir. Tezlik 1 elan edib ki, prezidentlə canlı müsahibə proqramını hazırlamağa hazırdır.