Navalny qardaşlarına hökm oxundu

Alexey Navalny

-

Dekabrın 30-da Moskva məhkəməsi “İv Roşe”işi ilə bağı hökm çıxarıb. İnterfaks agentliyinin verdiyi xəbərə görə Aleksey və Oleq Navalny qardaşları külli miqdarda pul oğurluğunda günahkar biliniblər. Hökmə görə bloqqer Aleksey Navalny 3 il 6 ay şərti, onun qardaşı Oleq Navalny isə 3 il 6 ay azadlıqda məhrum edilib.

Şərti cəzadan əlavə Aleksey Navalny 500 min rubl cərimə və “Çoxprofilli Prosessinq Kompaniya”-sının iddiasına görə 4.8 milyon rubl (təxminən 85 min dollar) ödəməlidir.

İttihamçı tərəf Aleksey Navalny-ya 10 il Oleqə isə isə 8 il həbs istəmişdi.

Navalny qardaşları dələduzluqda, vəzifə səlahiyyətindən istifadə edərək kulli miqdarda vəsaitin mənimsənilməsində və qeyri- qanuni vəsaitin leqallaşdırılmasında ittiham olunurdular.

İstintaqa görə Navalny-lar dələduzluq yolu ilə “İv Roşe Vostok” şirkətindən 26.7 milyon (təxminən 459 min dollar) “Çoxprofilli Prosessinq Kompaniya”-sından isə 4.4 milyon rubl oğurlayıblar.

Dekabrın 15-də məhkəmə zalında A.Navalny ona qarşı sürülən ittihamı əvvəldən axıra kimi saxta adlandırıb.

Bloqqer A. Navalnyöz bloqunda Rusiya prezidentinin və ölkə məmurlarının korrupsiya əməllərini göstərən araşdırmalar dərc edirdi.