Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2015-ci ilin İstehsalat təqvimi və İş vaxtı normasını təsdiqləyib. Burada mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi üçün normalar göstərilib.
2015-ci ildə fevral ayı 28 təqvim günündən, il 365 gün olacaq.
Gələn il beşgünlük iş həftəsində 242 iş günü (onlardan, 8-i bayramqabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 5-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən həftələrarası istirahət günlərinin əvəzinə verilən istirahət günləri, iş günü hesab edilməyən 18 bayram (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günüdür).
Əmək Məcəlləsinin 89 və 90-cı maddələrinə əsasən Azərbaycanda gündəlik iş vaxtı 8 saatdan, həftəlik iş vaxtı 40 saatdan çox ola bilməz.
Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
Qanunvericiliyə uyğun olaraq 2015-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1928 saat təşkil edir.