İran ordusu ölkənin cənubunda əməliyyatlara başlayıb

Arxiv foto

-

İran mətbuatının yazdığına görə, ordu ölkənin cənubunda genişmiqyaslı əməliyyata başlayıb.

İran ordusu quru qoşunların generalı Ahmad Reza Pourdastan dekabrın 25-də yerli dövlət televiziyasında deyib ki, məqsəd ordunun gənc nəslinə «təcrübənin ötürülməsi»dir.

Yeddi gün davam edəcək təcrübə «Məhəmməd Rəsulillah» adlanır və quru ordu, hərbi dəniz və hava qüvvələrini özündə birləşdirir.