Fil Dişi Sahilində keçmiş birinci ledi dekabrın 26-da məhkəməyə çıxarılacaq. 65 yaşlı Simone Gbagbo dövlətin təhlükəsizliyini pozmaqda ittiham olunur. Onunla birlikdə 82 nəfər də məhkəmədə cavab verməlidir.
65 yaşlı “Dəmir ledi” ləqəbli Gbagbo 2010 və 2011-ci illərdə seçkidən sonrakı zorakılıqlarda ittiham olunur. 2010-cu ildə Laurent Gbagbo seçkilərdə məğlubiyyətini etiraf etmədi və onun tərəfdarları küçələrə çəxdı. O vaxt həmin toqquşmalarda 3 min adam öldü.
Hazırda Laurent Gbagbo Beynəlxalq Haaqa Məhkəməsinə çıxarılmalıdır. Bu məhkəmə iyulda olacaq.