Seçicilərin barmaqlarına mürəkkəb vurulmadan səsverməyə buraxılır

Arxiv foto

-

17 saylı Yasamal III seçki dairəsinin 23,24,25-ci seçki məntəqələrində AzadlıqRadiosunun əməkdaşına çəkiliş aparmağa maneə olunub. Jurnalistin etirazından sonra çəkiliş aparmaq mümkün olub. Məntəqədə seçici aktivliyi müşahidə olunur. Bəzi seçicilərin barmaqlarına mürəkkəb vurulmadan səsverməyə buraxılır.

«JURNALİSTLƏRİN ÇƏKİLİŞ APARMASINA «YUXARIDAN İCAZƏ YOXDUR»»

14 saylı Xəzər seçki dairəsinin 19 saylı seçki məntəqəsində də AzadlıqRadiosunun müxbirinə çəkiliş aparmağa icazə verilməyib. Məntəqə sədri Ağayar Əzizov jurnalistlərin çəkiliş aparmasına icazə olmadığını, bunun «yuxarının tapşırığı» oluduğunu bildirib. Amma «yuxarı»nin kim və ya hansı qurum olması açıqlanmayıb. Müxbirin apardığı müşahidəyə görə, məntəqəyə gələn seçicilərin barmaqlarına mürəkkəb vurulmur.