Avstraliyada bir evdə öldürülən 8 uşağın qətlində ana suçlandırılır

Qətldən sonra Manorada şəhərətrafı evə çağrılmış polislər

-

Ötən həftə Avstraliyada bir evdə ölü tapılmış 8 uşaqla bağlı bu uşaqlardan 7-nin anası onların qətlində ittiham edilib.

Mersane Warria 7 uşağını və bir qardaşı uşağını öldürməkdə suçlandırılıb.

37 yaşlı qadın məhkəmədə iştirak etməyib, o, xəstəxanadadır.

Keçən həftənin 5-ci günü Manorada şəhərətrafı evə çağrılmış polis Mersane Warria-nı yaralanmış vəziyyətdə tapmışdı.

Qadının vəkilləri onun psixi problemləri olduğunu deyir.

Polis uşaqların hansı vəziyyətdə öldürüldüyünü açıqlamayıb, amma güman edilir ki, onlar bıçaqlanıb.

4-ü oğlan, 4-ü qız olan uşaqların kiçiyi 2, böyüyü 12 yaşında imiş.