Çində 30 mindən çox adam həbs edilib

Çin polisi

Çin iki ay ərzində pornoqrafiya və qumar oyunlarına görə 30 mindən çox adamı həbs edib.

Ən axırıncı həbs Çinin cənubunda yerləşən Quandunda aparılıb. Üç mindən çox adam saxlanıb.

Qumar oyunları Çində 1949-cu ildə qadağan edilib, amma dövlət səviyyəsində lotereya keçirilir.

Bu ilin aprelindən isə ölkədə interneti təmizləmək adı altında anti-poqnoqrafiya kampaniyası başlanıb.