Avstraliyada evlərin birində qətlə yetirilmiş 8 uşağın meyiti aşkarlanıb

Avstraliya

-

Avstraliyanın Kerns şəhərindəki evlərin birində qətlə yetirilmiş 8 uşağın meyiti aşkarlanıb.

Polisin məlumatına görə, öldürülənlərin hamısı soyuq silahla qətlə yetirilib. Qətlə yetirilən uşaqlar 1,5 – 15 yaşlarındadır və bacı-qardaş olduqları ehtimal olunur. Hadisə yerində üzərində çoxsaylı bıçaq xəsarətləri olan yaralı qadın da aşkarlanıb. Qadın dərhal xəstəxanaya çatdırılıb.

Polisə zəng edən də həmin yaralı qadın olub. Ağır vəziyyətdə olmasına baxmayaraq qadının artıq polisə lazımi ifadə verdiyi qeyd olunur. Hadisə yeri polisin əhatəsindədir.